Bakının Nərimanov rayonunda iki nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə araşdırma aparılır. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Yanvarın 26-da paytaxtın Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılır”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə