“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti aprel ayında Pakistanın ən böyük şəhəri Kəraçiyə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
“AZAL-ın Bakıdan Kəraçi şəhərinə ilk reysi aprelin 18-nə planlaşdırılıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi aviaşirkətə istinadən bildirir.
Hazırda AZAL Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora uçuşlar həyata keçirir.*
N.Abbasova