Gürcüstanın baş naziri İrakli Qaribaşvili cümə günü Tbilisidə erməni həmkarı Nikol Paşinyanla görüşdə bölgədə uzunmüddətli sülhün bərqərar olması məsələsini müzakirə edib.
“Biz regionun bütün xalqlarına fayda gətirəcək bu işə töhfə verməyə hazırıq. Biz Ermənistanla Azərbaycan arasında dialoqa ümidlə baxırıq”, - deyə İ.Qaribaşvili Paşinyanla birgə brifinqdə bildirib.
Ermənistan hökumətinin nümayəndə heyəti iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün bu gün Tbilisiyə gəlib.*