Yanvarın 26-da baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın 2024-cü ildə ilk iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
İclasda 2023-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2024-cü il üzrə Fəaliyyət Planı, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların səmərəliliyinin qiymətləndirilməsinin nəticələri, Azərbaycan Respublikasının suveren kredit reytinqinin artırılması perspektivləri və digər məsələlər müzakirə olunub.
İclasda maliyyə naziri Samir Şərifovun və onun müavini Azər Bayramovun məruzələri dinlənilib.
“İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib”, - deyə məlumatda bildirilir.*
Xəbərlər şöbəsi