Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinə seçkilərdə iştirakdan imtina edib. Bu barədə “The Financial Times” nəşri məlumat yayıb.
O, 3 həftə bundan əvvəl seçkilərdə iştirak edəcəyini bildirmişdi.
Nəşrin məlumatına görə, Mişel səlahiyyət müddətinin sonuna qədər, yəni 2024-cü il noyabrın 30-dək Avropa Şurasının rəhbəri postunda qalmağa qərar verib.
Avropa Parlamentinə seçkilər 6-9 iyun tarixlərində keçiriləcək.*