Prezident İlham Əliyev yanvarın 27-də “Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, fond güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır.
Maliyyə Nazirliyi və “Təmiz şəhər” ASC-yə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.*
X.Nəsirzadə