Yunanıstan hakimiyyəti köhnəlmiş silahların Ukraynaya təhvil verilməsini təsdiqləyib. Bu barədə “Kathimerini” nəşri məlumat yayıb.
Məlumata görə, Yunanıstanın Müdafiə Nazirliyi artıq ordunun istifadə etmədiyi köhnəlmiş silah sistemlərini Ukraynaya göndərəcək. Hərbi yardım paketinin tərkibi açıqlanmır.
Hazırda Yunanıstan ordusunun arsenalında “Tor”, “Osa”, S-300 hava hücumundan müdafiə sistemləri və ZU-23-2 zenit qurğuları var.*
V.Əliyev