Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Diamond” esminesi husilər tərəfindən Qırmızı dənizdə buraxılan pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Dünən “Diamond” “Sea Viper” raket sisteminin köməyi ilə Qırmızı dənizdə İranın dəstəklədiyi husilərin PUA hücumunu uğurla dəf edib. Gəmi və ekipaj xəsarət almayıb”, - deyə məlumatda bildirilib.*
V.Əliyev