Aərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 29-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 29-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8436 manat/1EUR səviyyəsində (yanvarın 26-na 1.8427 manat/1EUR) müəyyən edilib.
AMB yanvarın 29-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0189 manat/1RUB səviyyəsində (yanvraın 26-na 0.0191 manat/1RUB) müəyyən edib.
Yanvarın 29-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0562 manat/1TRY səviyyəsində (yanvarın 26-na 0.0561 manat/1TRY) müəyyən edilib.**
B.Rüstəmbəyov