Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ildə dövlət büdcəsinə 6 milyard 337 milyon 538,8 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 5 milyard 654 milyon 601,8 min manat təşkil edib. Beləliklə, 2023-cü ildə dövlət büdcəsinə köçürmələr 12,1% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 4 milyard 443 milyon 320,8 min manat (artım 11%), aksizlər üzrə 224 milyon 313,3 min manat (artım 32,8%), yol vergisi üzrə 42 milyon 826,1 min manat (azalma 31,3%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 1 milyard 627 milyon 78,6 min manat məbləğində (artım 18,6%) olub.
2023-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 5 milyard 728 milyon manat təşkil edib.**
N.Abbasova