"Made in Karabakh-heart of Azerbaijan” əmtəə nişanının layihəsi hazırlanıb. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bazar ertəsi 2023-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında məlumat verib.
"Made in Azerbaijan" əmtəə nişanından istifadə qaydalarının layihəsi hazırlanaraq müvafiq strukturlara təqdim edilib”, - o bildirib.
Onun sözlərinə görə, bu əmtəə nişanının ilk olaraq Ağdam Sənaye Parkının rezidenti olan şirkətin alacağı gözlənilir.
Abdullayev əlavə edib ki, bu şirkət artıq 2024-cü ildə bu əmtəə nişanı il məhsullarının ixracına başlayacaq. **
B.Rüstəmbəyov