2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci illə müqayisədə 37,6% artaraq 488,8 milyon manat ($287,5 milyon) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsisindən məlumat verilib.
Gəlirlərin 60%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,7%-i ictimai iaşə xidmətlərindən, 3,4%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci illə müqayisədə 29,3% artaraq 3 miyon 422,3 min olub. Gecələmələrin ümumi sayının 57,6%-i Bakıda, 3,9%-i Qusarda, 5,5%-i Qubada, 4%-i Qəbələdə, 4,2%-i Naftalanda, 3,7%-i Şabranda, 3,2%-i Lənkəranda, 1,5%-i Naxçıvan Muxtar Respublikasında, 4,7%-i Xaçmazda, 0,9%-i İsmayıllıda, 1%-i Gəncədə, 0,9%-i Şamaxıda, 0,8%-i Şəkidə, 0,5%-i Mingəçevirdə, 0,9%-i Masallıda, 0,6%-i Şuşada, 1,2%-i Qaxda və 4,9%-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Həmçinin, Azərbaycan vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 24,4% artaraq 1 milyon 558,3 min olub ki, bu da ümumi gecələmələrin 45,5%-ni təşkil edir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci illə müqayisədə 33,7% artaraq 1 milyon 864 min olub ki, bu da ümumi gecələmələrin 54,5%-ni təşkil edir.
Gecələmələrin ümumi sayının 15,2%-i Rusiya Federasiyası, 9,7%-i Səudiyyə Ərəbistanı, 10,3%-i Hindistan, 7,8%-i Türkiyə, 7,3%-i Birləşmiş Ərəb Əmirlikləri, 3,6%-i İsrail, 2,9%-i Böyük Britaniya, 3,7%-i Küveyt, 2,9%-i ABŞ, 2,9%-i Qazaxıstan, 1,8%-i Gürcüstan, 2%-i Pakistan, 2,2%-i Özbəkistan, 1,5%-i Almaniya, 1,9%-i Çin, 1,2%-i İtaliya, 0,7%-i Belarus, 0,9%-i Qətər, 0,8%-i Ukrayna, 0,7%-i Fransa, 0,6%-i İran, 0,5%-i Polşa, 0,6%-i Bəhreyn, 17,4%-i Niderland, 0,5%-i Oman, 17,4%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,5%-i Bakıda, 3,5%-i Qusarda, 3,6%-i Naftalanda, 4%-i Qəbələdə, 3,6%-i Qubada, 0,5%-i Şabranda, 2,3%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Hesabat dövrü ərzində mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 20,1% səviyyəsində olub. Bu göstərici Naftalanda 44,1%, Şabranda 51,4%, Bakıda 29,8%, Lənkəranda 25,7%, Ağcabədidə 22,8% təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 355,3 milyon manat ($209 milyon) təşkil edib ki, bu da 2021-ci ilə nisbətən 1,7 dəfə çoxdur. **
R.Kərimov