2023-cü ildə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının əsas ixrac istiqaməti Rusiya olub. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev məlumat verib.
«2023-cü ildə Azərbaycanın Rusiyaya qeyri-neft ixracı $1,114 milyard (аrtım 19,3% - İF) təşkil edib. İkinci yerdə Türkiyə - $784 milyon, üçüncü yerdə Gürcüstаn - $332 milyon qərarlaşıb”, - Abdullayev bazar ertəsi 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft məhsullarının idxalı üzrə TOP-5-ə həmçinin İsvüçrə - $175 milyon və Qazaxıstan - $95 milyon daxil olub.
Abdullayev qeyd edib ki, ümumilikdə 2023-cü ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri rekord $3,348 milyard təşkil edib, 110 ölkəyə tədarük həyata keçirlib. Qeyri-neft ixracının həcmi 2022-ci ilin göstəricisindən 9,8% çoxdur.
Beləliklə, 2023-cü ildə Azərbaycanın bütün qeyri-neft ixracının 33,3%-i Rusiyanın payına düşüb. **
B.Rüstəmbəyov