Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsininəməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.
Sənəd dövlət başçısının saytında dərc olunub.
Sərəmcama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Anar Cahangirov və “Azərterminalkompleks” Birliyinin direktoru Kənan Aşurluya gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib. **
R.Kərimov