Ötən həftə sonu Parisdə başlayan ABŞ, İsrail, Misir kəşfiyyat başçılarının və Qətərin baş nazirinin iştirakı ilə Qəzza zolağı ətrafında böhranın həlli ilə bağlı danışıqlar bu həftə davam edəcək. Bu barədə bazar ertəsi «The Times of Israel» nəşri xəbər verir.
Görüşdə Qətərin baş naziri, MKİ-nin direktoru, İsrailin “Mossad” kəşfiyyat xidməti və ŞABAK daxili kəşfiyyat xidmətinin rəhbərləri, girovların azad edilməsi üzrə xüsusi nümayəndə, Misir kəşfiyyatının şefi iştirak ediblər. Onlar iki aylıq atəşkəs qarşılığında qruplaşma tərəfindən saxlanılan bütün girovların azad edilməsini müzakirə ediblər.
İsrail baş nazirinin ofisi Paris danışıqlarının nəticələrini konstruktiv adlandıraraq vurğulayıb ki, «hələ də tərəflərin bu həftə əlavə görüşlər zamanı müzakirə edəcəyi əhəmiyyətli fikir ayrılıqları qalır».
Nəşr qeyd eüdir ki, İsrail rəsmiləri öz növbəsində bildirirlər ki, dördtərəfli danışıqların məqsədi vəziyyəti dalandan çıxarmağa imkan verən düstur tapmaqdır. **