2024-cü ilin birinci yarısında Azərbaycanın qeyri-neft ixracının təşviqinə dair Milli Strategiya təsdiq olunacaq. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev məlumat verib.
“Milli İxrac Strategiyasının, həmçinin logistikanın subsidiyalaşması üzrə sənədlərin təsdiqi ləözlənilir”, - Abdullayev bazar ertəsi 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu mexanizmlər ixracatçıların dəstəklənməsi üçün tətbiq ediləcək.
“Bundan başqa, həmçinin birbaşa xarici investisiyaların (BXİ) təşviqinə dair Strategiya hazırlanacaq. Cari ilin ortalarına qədər qeyd olunan sənədlərə normativ-hüquqi aktlar statusunun verilməsini gözləyirik”, - Abdullayev deyib. **
B.Rüstəmbəyov