Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib ki, vəzifəsini tərk edir.
Bu barədə baş nazir bazar ertəsi Tbilisidə keçirilən brifinqdə bildirib.
Qaribaşvilinin sözlərinə görə, qərar «Gürcü arzusu» partiyasının siyasi şurasında qəbul edilib, fevralın 1-də qurultayda bu qərar rəsmi olaraq elan ediləcək.
O məlumat verib ki, payızda Gürcüstanda parlament seçkiləri keçiriləcək və bu siyasi vəziyyətə əsasən «Gürcüstan arzusu» siyasi şurasından partiyanın sədri vəzifəsini tutmaq təklifi alıb. **