Bazar ertəsi ABŞ-ın müdafiə naziri Lloyd Ostin Pentaqonda son tibbi əməliyyatın səbəb olduğu ağırlaşmaların müalicəsindən sonra işə qayıdıb.
"Ostin bu gün Pentaqona işə qayıdıb. Bundan əvvəl, yanvarın 15-də Uolter Rid Milli Hərbi Tibb Mərkəzindən evə buraxılandan etibarən nazir öz vəzifələrini evdən yerinə yetirirdi", - ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir. **