Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar ilə görüşüb.
“Tərəflər Azərbaycan və qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi, habelə parlamentlərarası və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini geniş müzakirə ediblər”, - Azərbaycan XİN-in məlumatında deyilir.
Bayramov və Akar bütün sahələr, xüsusən də təhlükəsizlik və ordu quruculuğu sahələri üzrə iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrini, bu əlaqələrinin geniş inkişaf potensialının mövcudluğunu vurğulayıblar.
“Görüş zamanı həmçinin qarşılıqlı digər ikitərəfli və regional məsələlər müzakirə olunub”, - XİN-in məlumatında deyilir. **
N.Abbasova