Bazar ertəsi Böyük Britaniya monarxı III Karl əməliyyatdan sonra xəstəxanadan buraxılıb. Bu barədə Britaniya mətbuatı Bukinqem sarayının məlumatına istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, kral «bir müddət istirahət etməli» olacaq, buna görə də onun iştirakı ilə bütün tədbirlər təxirə salınıb. **