Azərbaycan 2024-cü ilin əvvəlindən Rusiya Federasiyasının Saratov vilayətindən 20 min tondan çox buğda və ərzaqlıq arpa idxal edib.
“İnterfaks-Azərbaycan” agentliyi “Rosselxoznadzor”a istinadən xəbər verir ki, Azərbaycan Saratov vilayətindən taxılın əsas alıcısıdır.
Xüsusilə cari ilin əvvəlindən Saratov vilayətindən 39,7 min ton dənli və dənli-paxlalı bitkilər, eləcə də 6,3 min ton emal olunmuş taxıl məhsulları ixrac edilib. İxrac 20 ölkəyə həyata keçirilib.*
R.Əhmədov