2023-cü ildə Azərbaycanda investisiya müsabiqələri vasitəsilə 3 müəssisənin özəlləşdirilməsindən dövlət büdcəsinə 12,2 milyon manat vəsait daxil olub. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Abdullayev məlumat verib.
“Bu müəssisələrə 10,4 milyon manat investisiya qoyulub”, - deyə o, 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
M.Abdullayevin sözlərinə görə, həmin müəssisələrdə 221 iş yeri açılıb.*
B.Rüstəmbəyov