2023-cü ildə Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 115,9 milyon manat vəsait daxil olub. Bunu Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Büdcə proqnozu 105,4% yerinə yetirilib. 2022-ci illə müqayisədə daxilolmalar 500 min manat artıb”, - deyə o bildirib.
M.Eynullayevin sözlərinə görə, 2023-cü ildə Azərbaycanda 245 kiçik dövlət müəssisəsi və obyekti, 111 torpaq sahəsi və 538 nəqliyyat vasitəsi özəlləşdirilib, səhmləri satılan səhmdar cəmiyyətlərin sayı isə 9 olub.*
B.Rüstəmbəyov