Bu gün Beyləqan rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb. Bu barədə yerli KİV-lər məlumat yayıb.
“Beyləqan rayonunun İmamverdili kəndində dəmir yolu xəttinin yerləşdiyi körpüdə yol-nəqliyyat hadisəsi baş verib. “VАZ” markalı minik və “KamAZ” markalı yük avtomobilləri toqquşub”, - deyə məlumatda bildirilir.
Nəticədə minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü İlqar Məmmədov və “KamAZ” markalı yük maşınının sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılov hadisə yerində ölüb.
Bundan başqa, minik avtomobilinin sərnişini, 1985-ci il təvəllüdlü Şəmşir Şükürzadə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölən şəxslər Beyləqan rayonunun Bahar qəsəbəsinin sakinləri olub.*
X.Nəsirzadə