Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanı 10 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə “Associated Press” məlumat yayıb.
İmran Xan dövlət sirrini yaymaqda təqsirli bilinir.
Eyni zamanda, İmran Xanın lideri olduğu “Ədalət naminə hərəkat” partiyası sədrinin müavini Şah Mahmud Qureşi də 10 il müddətinə azadlıqdan məhrum edilib.
Agentlik qeyd edir ki, Xan və Qureşi məhkəmənin hökmündən şikayət vermək hüququna malikdirlər.*