“Ural Hava Yolları” aviaşirkəti 20-dən çox beynəlxalq reysi, o cümlədən Moskva-Gəncə (Azərbaycan) aviareysini bərpa etməyi planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, aviaşirkət artıq müvafiq materialları beynəlxalq daşımalar üzrə idarələrarası komissiyaya (tərkibinə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi və Hava Nəqliyyatı Federal Agentliyinin (“Rosaviasiya”) nümayəndələri daxildir) təqdim edib.
2023-cü ilin sonunda təyyarə çatışmazlığı səbəbindən “Ural Hava Yolları”nın beynəlxalq istiqamətlərə bəzi uçuşları ləğv edilib və müvəqqəti olaraq digər aviaşirkətlərə ötürülüb.*
R.Əhmədov