Ermənistan parlamentinin sədri Alen Simonyan hesab edir ki, ölkənin himni və gerbi dəyişdirilməlidir.
“Mənə aydındır ki, Ermənistan Respublikasının himni gec-tez dəyişdirilməlidir. (…) görünən odur ki, yad mənşəli mövcud himnin dəyişdirilməsi zərurətdir”, – deyə o, “Telegram” kanalında yazıb.
Simonyan Ermənistan gerbinin də dəyişdirilməsi məsələsinin müzakirə edilməli olduğunu deyib.
“Ən azından gerbdə Ermənistan su altında qala bilməz, bu, bəşəriyyətin cəzası idi, gerbdə təsvir olunan şir “Facebook”dakı gülüş işarəsinə bənzəyə, Ermənistanı qoruyan qılınc isə zəncirlənmiş ola bilməz”, - deyə parlamentin sədri yazıb.*