Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı (İİB) arasında Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Memorandum İİB-in prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə videokonfrans formatında keçirilən görüşdə imzalanıb. Sənədin icrası tərəflər arasında əməkdaşlığın və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə töhfə verəcək”, – deyə nazir sosial şəbəkədə yazıb.
Görüşdə, həmçinin Azərbaycanın 2024-cü ildə ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov