ABŞ dövlət katibi Antoni Blinken 3-5 fevral tarixlərində İsraildə səfərdə olacaq. Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bu, Qəzza zolağında hərbi münaqişənin başladığı oktyabr ayından bəri Blinkenin İsrailə 6-cı səfəri olacaq.
Sonuncu dəfə yanvar ayında İsrailə səfər etmiş dövlət katibi ölkənin baş naziri Benyamin Netanyahu və hərbi rəhbərliklə bir sıra görüşlər keçirmişdi.*