Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov yanvarın 30-da etimadnaməsini ölkə sədri Si Tsinpinə təqdim edib.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi “Xinhua” agentliyinə istinadən xəbər verir.
Prezident İlham Əliyev 2023-cü il avqustun 29-da “Bünyad Hüseynovun Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında” sərəncam imzalayıb.*
R.Kərimov