Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) fevralın 1-dən uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi ilə bağlı qərar qəbul edib.
AMB-nin məlumatında qeyd edilir ki, faiz dəhlizinin aşağı həddi 6,5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dan 8,75%-ə endirilib.
Sonuncu dəfə Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 21-dən uçot dərəcəsinin 50 f.b - 8%-ə endirilməsi ilə bağlı qərar qəbul edib.**
R.Əhmədov