2023-cü ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları $68,5 milyard həcmində qiymətləndirilir. Bu barədə AMB-nin sədri Taleh Kazımov bəyan edib.
“2023-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları 17% artaraq $68,5 milyarda çatıb”, - Kazımov çərşənbə günü mətbuat konfransında deyib.
“İnterfaks-Azərbaycan” onun sözlərinə istinadən xəbər verir ki, 2023-cü ildə AMB-nin valyuta ehtiyatları 29,1% və ya $2,6 milyard - $11,6 milyarda qədər artıb.
Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın valyuta ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.**
X.Nəsirzadə, A.Əzizov