Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə məlumat verib ki, bu ölkənin Energetika Nazirliyinin enerji və iqlim məsələləri üzrə dövlət katibi Attila Ştayner ilə görüşüb.
"Avropa İttifaqı Şurasında Macarıstanın sədrliyi və Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda bərpa olunan enerji mənbələri daxil olmaqla enerji əməkdaşlığı, eləcə də inkişaf edən Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin digər sahələrini müzakirə etmək üçün dövlət katibi Attila Ştaynerlə görüşmək xoş oldu",- Tağızadə çərşənbə günü "X" hesabında yazıb. **
R.Kərimov