Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat verib ki, Ukrayna əsirliyindən 195 nəfər qayıdıb, əvəzində eyni sayda hərbi əsir təhvil verilib.
Nazirlikdən verilən məlumata görə, çərşənbə günü danışıqlar prosesi nəticəsində 195 Rusiya hərbçisi geri qaytarılıb. «Bunun müqabilində 195 nəfər ukraynalı hərbi əsir təhvil verilib», - RF Müdafiə Nazirliyindən bildirilib. **