Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) ləğv edilməsi barədə fərman imzalayıb.
Fərman çərşənbə günü dövlət baçısının saytında dərc olunub.
Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
“Azərsığorta” 1991-ci ildə yaradılıb. Nizamanmə kapitalı 9 milyon manata bərabərdir.
2023-cü ilin yekunları üzrə şirkətin sığorta haqları 28,86 milyon manat (haqların həcminə görə 7-ci yer), ödənişləri – 16,65 milyon manat (haqların həcminə görə 5-ci yer) təşkil edib. **
R.Əhmədov