“International BOKT” QSC 1 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1min manat olan 1 min ədəd səhmə bölünüb.
İstiqrazların tədavül müddəti 60 ay, illik gəlirlilik 18% (faiz ödənişi 30 gündən bir həyata keçiriləcək) təşkil edəcək.
BOKT cəlb edilmiş vəsaitləri kredit əməliyyatlarının genişləndirilməsinə yönəldəcək.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
“International BOKT” QSC 2013-cü il mayın 21-dən fəaliyyət göstərir. Təşkilatın yeganə səhmdarı Rifat Həsənovdur. QSC-nin nizamnamə kapitalı 8 milyon manat, aktivləri 28 milyon 961,449 min manat (2022-ci ilin sonuna), kredit portfeli 24 milyon 602,159 min manatdır. 2022-ci ildə BOKT-un xalis mənfəəti 1 milyon 530,034 min manat təşkil edib.**
X.Nəsirzadə