Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Fevralın 1-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8369 manat/1EUR səviyyəsində (yanvarın 31-nə 1.8395 manat/1EUR) müəyyən edilib.
AMB fevralın 1-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0188 manat/1RUB səviyyəsində (yanvarın 31-nə 0.0190 manat/1RUB) müəyyən edib.
AMB fevralın 1-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.056 manat/1TRY səviyyəsində saxlayıb.*
B.Rüstəmbəyov