Azərbaycan hökuməti reaktiv mühərriklər üçün yanacağın idxal gömrük rüsumundan azad edilmə müddətini 31 dekabr 2024-cü il tarixinədək uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabineti tərəfindən yanvarın 31-də qəbul edilmiş müvafiq qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Sonuncu dəfə hökumət tərəfindən reaktiv mühərriklər üçün yanacağın idxal gömrük rüsumunun ləğv edilməsi haqqında qərar 2022-ci il dekabrın 30-da qəbul edilmişdi və 31 dekabr 2023-cü ilədək olan dövrü əhatə edirdi.
Nazirlər Kabinetinin digər qərarı ilə reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın ($0,59) və reaktiv mühərriklər üçün digər yanacağın 1 tonu üçün 1 manat məbləğində aksiz dərəcəsinin qüvvədə olma müddəti 31 dekabr 2024-cü il tarixinədək uzadılır. Bu qərar da dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.*
N.Abbasova