2024-cü ilin yanvar ayında Qarabağ və Şərqi Zəngəzurda 734,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumata görə, azad olunan ərazilərdə yanvar ayı ərzində 123 piyada əleyhinə mina, 40 tank əleyhinə mina, 203 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Bayramov bu yaxınlarda bildirmişdi ki, 2020-ci ilin noyabr ayından 2024-cü il yanvarın 16-dək Qarabağ və Şərqi Zəngəzurda 118 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.*
X.Nəsirzadə