Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində (AİHM) iştirak məsələsinə yenidən baxılacaq. Bunu Prezident İlham Əliyev fevralın 1-də Bakıda Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşdə deyib.
“Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq”, - deyə prezidentin saytında dərc olunmuş məlumatda bildirilir.
Xatırladaq ki, yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməyib.
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan bu təşəbbüsün dialoqa xidmət etmədiyini parlament platformasının ənənələri ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.*
R.Kərimov