2024-cü il yanvarın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $11 milyard 637 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
2023-cü ilin sonuna AMB-nin valyuta ehtiyatları $11 milyard 613 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, bununla da 2024-cü ilin yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları 0,2% və ya $24 milyon artıb.
2023-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 29,1% artıb.*
X.Nəsirzadə