Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə konstitusiya referendumunun keçirilməsi məsələsini qaldırıb.
“Bizim dövlətçiliyi olmayan xalqdan dövləti olan xalqa çevriləcəyimiz məqam konstitusiya referendumudur”, - deyə Paşinyan ölkənin İctimai Radiosuna müsahibəsində bildirib.
O, həmçinin Müstəqillik Bəyannaməsi ilə münasibətlərin tənzimlənməsinin vacibliyini də etiraf edib.
Paşinyan yanvarın 19-da yeni konstitusiyanın qəbul edilməsinin vacibliyini bəyan edib.*