Azərbaycan yanvar ayında Rusiyaya 4,2 milyon ədəd yumurta ixrac edib. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Tədarükün başladığı 2023-cü ilin dekabr ayından Azərbaycandan 5,5 milyon ədəd yumurta idxal edilib.
2024-cü ilin yanvar ayında Türkiyə Rusiyaya 5,6 milyon ədəd yumurta ixrac edib.
Türkiyə Rusiyaya yumurta tədarükünə yanvarın 3-də başlayıb.
Yanvar ayında Belarusdan 69 milyon ədəd yumurta idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə çoxdur.*