Aqrar Sığorta Fondu 2023-cü ildə fermerlərə 4 milyon 406 min manat sığorta ödənişi həyata keçirib ki, bu da 2022-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur.
Fondun məlumatına görə, bitkiçilik təsərrüfatları üzrə 3 milyon 496 min manat (+2 dəfə), heyvandarlıq təsərrüfatları üzrə isə 910,066 min manat (+28%) sığorta ödənişi verilib.
Aqrar Sığorta Fondu 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə isə 2,3 milyon manat sığorta ödənişi həyata keçirib.*
R.Əhmədov