Vaşinqton ABŞ-ın İordaniyanın şimal-şərqindəki bazasına pilotsuz uçuş aparatlarının hücumuna cavab olaraq İraq və Suriyadakı hədəflərə zərbələrin endirilməsi ilə bağlı planları razılaşdırıb. Bu barədə “CBS News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
“İraq və Suriyada müəyyən hədəflərə, o cümlədən İranın şəxsi heyəti və obyektlərinə bir neçə gün silsilə zərbələr endirmək planı təsdiqlənib”, - deyə telekanal qeyd edib.
Rəsmilər “CBS News”a bildiriblər ki, zərbələrin vaxtını əsasən hava şəraiti müəyyən edəcək. “ABŞ hərbçiləri pis hava şəraitində zərbələr endirmək imkanına malikdirlər, lakin seçilmiş hədəflərin daha yaxşı görünməsinə üstünlük verirlər, bu, hədəfləri vurarkən zərbələrin təsadüfən mülki şəxslərə dəyməməsi üçün vacibdir”, - deyə CBS yazır.*