Ermənistan Silahlı Qqüvvələrinin islahatı konsepsiyasını Rusiya ilə həyata keçirməyə davam edə bilmir, hərbi-texniki əməkdaşlığın qurulması üçün ölkələr axtarışındadır. Bu barədə Ermənistanın baş naziri Nikol Painyan Ermənistan İctimai Radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan «real olaraq kim ilə hərbi-texniki və müdafiə xarakterli münasibətlərə malik ola biləcəyini başa düşməlidir».
"Əvvəl bu problem sadə idi, çünki belə bir məsələ olmayıb və konsepsiya yaratmaqda çətinlik yox idi. Daha öncə müdafiə sahəsində münasibətlərimizin 95-97%-i Rusiya Federasiyası ilə olub, indi bu həm obyektiv, həm də subyektiv səbəblərə görə mümkün deyil. Hazırda bu konsepsiyada Hindistanla münasibətlərimizin necə olduğunu başa düşməliyik", - Paşinyan bildirib.
"Yəni: Ermənistanın İran, Gürcüstan, ABŞ-la təhlükəsizlik sahəsində hansı münasibətləri olacaq. Rusiya ilə təhlükəsizlik münasibətlərimiz dəyişəcək və ya dəyişməyəcək, onlar necə dəyişəcək? Biz KTMT-yə üzv olub-olmayacağıq? Fransa ilə necə münasibətlər qururuq? Biz elə bir konsepsiya hazırlamalıyıq ki, onu həyata keçirmək üçün ən azı razılıqlar var və düşünürəm ki, bəli, bu konsepsiyanı bu il ərzində başa çatdırmalıyıq", - Paşinyan deyib.
Onun sözlərinə görə, qeyd olunan məsələlər indi həll edilməlidir. **