Ermənistanın yeni milli təhlükəsizlik strategiyasına ehtiyacı var. Bu barədə baş nazir Nikol Paşinyan bəyan edib.
"Bu gün mövcud olan milli təhlükəsizlik strategiyası mövcud problemləri həll etmir. Aydındır ki, biz ölkənin ərazi bütövlüyünün qanuni çərçivəsini və onun maraqlarını əks etdirəcək yeni milli təhlükəsizlik strategiyasına sahib olmalıyıq", - Paşinyan Ermənistan İctimai Radiosuna müsahibəsində bildirib.
Baş nazirin sözlərinə görə, «əgər biz tarixi ədaləti bərpa etmək üçün ordunu möhkəmləndiririksə, o zaman sual yaranır - niyə başqaları bu ordunun güclənməsinə imkan verməlidirlər ki, tarixi ədalət məsələsini də həll etsinlər».
Paşinyan əlavə edib ki, Ermənistanın dövlət marağı - iqtisadiyyatın inkişafıdır. **