Sahibkarlığın İnkişafı Fondu (SİF) indiyədək Qarabağ və Şərqi Zəngəzurda layihələr üçün sahibkarlara 14,4 milyon manat ümumi məbləğdə güzəştli kredit ayırıb. Bu barədə Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xalıyev məlumat verib.
“İndiyədək işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 7 sahibkarlıq subyektinə SİF tərəfindən 14,4 milyon manat güzəştli kredit ayrılıb”, - Xalıyev cümə günü jurnalistlərə deyib.
“İnterfaks-Azərbaycan” onun sözlərinə istinadən xəbər verir ki, 1 sahibkarlıq subyektinə kənd təsərrüfatı istehsalı, 6 sahibkarlıq subyektinə isə sənayesinin müxtəlif sahələri üzrə güzəştli kredit ayrılıb. **
B.Rüstəmbəyov