Azərbaycanda azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzurda - İF) fəaliyyət göstərən sahibkarlar üçün biznes subyektlərinin dəstək mexanizmlərindən biri olan “Elektron kredit və zəmanət” informasiya sistemi yaradılıb.
Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyevin sözlərinə görə, bu mexanizm Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün dövlət zəmanəti və subsidiyaların verilməsini nəzərdə tutur.
“Xüsusilə, məbləği 5 milyon manatadək (müddəti 7 ilədək və illik faiz dərəcəsi 15%-dək olan) biznes kreditlərinin illik faiz dərəcəsinin 10 f.b. 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır», - Xalıyev deyib.
Bundan başqa, həmin biznes kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir.
Onun sözlərinə görə, sahibkarlar edf.gov.az saytı üzərindən "Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər. **
B.Rüstəmbəyov