İran prezidenti İbrahim Rəisi cümə günü ölkəsinin müharibəyə başlamayacağını, lakin onu incidən hər kəsə qəti cavab verməyə hazır olduğunu bildirib. Bu barədə Yaxın Şərq mediası xəbər verir.
«Müharibəyə başlamayacağıq, lakin kimsə bizi sıxışdırmaq istəsə, onlar qəti cavab alacaqlar», - Rəisi bildirib.
Onun sözlərinə görə, əvvəl ABŞ administrasiyasının nümayəndələri İrana qarşı hərbi variantı nəzərdən keçirdiklərini bəyan edirdilər, indi isə «deyirlər ki, İranla müharibəyə can atmırlar». O vurğulayıb ki, Tehran da buna ilk təşəbbüs göstərməyəcək. **